Azərbaycanda 2019-cu il martın 29-da Mediasiya haqqında qanun qəbul edildi, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2021-ci ilin iyulun 1-dən qüvvəyə minəcək.
Mediasiyanın tətbiqi belədir: qanun qəbul olunandan sonra ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq. Cavab «xeyr» olduqda məhkəmə o işə baxmayacaq və tərəflərə mediasiya institutuna müraciət etmək təklif ediləcək.
Yalnız mediasiya prosesini keçmiş konfliktlər və ya mediasiya prosesində həllinə nail olunmamış problemlərə məhkəmə baxacaq.
İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquq sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq.
Mediator kimdir?
Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyi ilə həm özlərinin, həm də qarşı tərəfin mövqeyini yenidən qiymətləndirmək imkanı əldə edirlər. Bu zaman tərəflər qarşı tərəfin sübutları və hüquqi əsasları ilə tanış olur, məhkəmə prosesinin gedişatı və nəticəsi barədə daha aydın mənzərə qazanırlar.
Mediator (vasitəçi) tərəflər arasındakı münasibətlərin kəskinləşməsinin və tərəflərin mövqelərinin uzaqlaşmasının qarşısını alır. Belə ki, tərəflər vasitəçinin iştirakı olmadan mübahisəni həll etmək istədikdə, öz mövqelərini, inam görüntülərini və simalarını qorumaq üçün güzəştlərə getmirlər və müəyyən hallarda sadəcə olaraq daha aqressiv mövqe sərgiləyirlər. Qeyd edilən problemlərin qarşısının alınması isə mediatorun əsas funksiyalarındandır.
Tərəflər mediasiya zamanı mübahisənin həllini üçüncü şəxsə etibar etmir, tam əksinə mübahisənin həllini öz əllərində saxlayırlar. Bu zaman hər hansı üçüncü şəxsin (məsələn, hakim və ya arbitrın) səhv qərar qəbul etmək ehtimalı azalır. Həmçinin, tərəflər öz müqəddəratını özləri müəyyən edirlər.
Hi, this is a comment.
To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
Commenter avatars come from Gravatar.